Bakı. 12 avqust. REPORT.AZ/ Portuqaliyanın Madeyra adasında baş verən yanğın nəticəsində ölənlərin sayı 5-ə çatıb.
"Report" xəbər verir ki, bu barədə İspaniyanın "24 Horas" telekanalı məlumat yayıb.
İnformasiyaya əsasən, avqustun 10-da adada başlayan yanğın tarixi Funşal şəhərinədək yaxınlaşıb. Təbii fəlakət nəticəsində 208 ev tamamilə və qismən yanıb. Bu səbəbdən 260 nəfər evinə qayıda bilmir.
Xəbərə görə, yanğın ölkəyə 55 milyon avro həcmində ziyan vurub.
Məlumatda bildirilib ki, 6-sı daha böyük olmaqla 88 yanğın ocağı qeydə alınıb. Ölkənin Aveyro və Vila Real rayonlarında vəziyətin daha ağır oldğu haqqında məlumat yayılıb.
Yanğının söndürülməsində hər gün 6 minədək adam iştirak edir. Vəziyyətin daha ağır olduğu rayonlara hərbi birləşmələr cəlb olunub. İspaniya, İtaliya və Mərakeşdən yanğını söndürülməsinə yardım üçün təyyarə-amfibiyalar göndərilib.