Bakı. 15 fevral. REPORT.AZ/ Ukrayna prezidenti Pyotr Poroşenko Ukrayna Silahlı Qüvvələri, Milli Qvardiya və digər bölmələrə atəşi kəsmək barədə əmr verib.
"Report" xəbər verir ki, bu barədə o, Baş qərargahdan canlı yayımlanan bəyanatında bildirib.
“Mən elə indi Ukrayna Silahlı Qüvvələri, Milli Qvardiya, Daxili İşlər Nazirliyinin bölmələri, Sərhəd Xidməti bölmələri və Təhlükəsizlik Xidməti bölmələrinə fevralın 15-i saat 00:00-da atəşi kəsmək barədə əmr verirəm”, - deyə o bildirib.