Yuxarı

Poroşenko atəşin dayandırılması haqqında əmr verib

Mən fevralın 15-i saat 00.00-da atəşi kəsmə əmri verirəm

Bakı. 15 fevral. REPORT.AZ/ Ukrayna prezidenti Pyotr Poroşenko Ukrayna Silahlı Qüvvələri, Milli Qvardiya və digər bölmələrə atəşi kəsmək barədə əmr verib.

"Report" xəbər verir ki, bu barədə o, Baş qərargahdan canlı yayımlanan bəyanatında bildirib.

“Mən elə indi Ukrayna Silahlı Qüvvələri, Milli Qvardiya, Daxili İşlər Nazirliyinin bölmələri, Sərhəd Xidməti bölmələri və Təhlükəsizlik Xidməti bölmələrinə fevralın 15-i saat 00:00-da atəşi kəsmək barədə əmr verirəm”, - deyə o bildirib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi