Peskov: Suriyadaki qruplaşmalar arasında fərq qoymaq - primitiv yanaşmadır

Peskov: Suriyadaki qruplaşmalar arasında fərq qoymaq - primitiv yanaşmadır Rusiya prezidentinin mətbuat katibi Dmitriy Peskov Suriyadaki vəziyyəti dəyərləndirib
Digər ölkələr
24 Oktyabr , 2015 02:31
Peskov: Suriyadaki qruplaşmalar arasında fərq qoymaq - primitiv yanaşmadır

Bakı. 24 oktyabr. REPORT.AZ/ "Dəməşqin itirmə təhlükəsi davam etdiyi müddətcə, Suriyada siyasi dialoqdan danışmaq mümkün olmayacaq". "Report"un "BBC"-yə istinadən verdiyi məlumata görə, bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitriy Peskov bildirib.

Onun sözlərinə görə, Bəşər Əsəd rejiminə qarşı silahli mübarizəyə qoşulan qruplaşmalar arasında fərq qoymaq istəyi - primitiv yanaşmadır.

"Suriyada ancaq İŞİD-i təhlükə mənbəyi kimi görmək və təqdim etmək - səhv düşüncədir. Çünkü bir sıra digər təhlükəli təşkilatlar var ki, onlar Suriyada sabitliyin bərqərar olmasını istəmir. Bu sepapatçı qurumlara qarşı effektiv mübarizə yolu isə qanuni hakimiyyətlə əməkdaşlıqdan keçir", deyə Peskov əlavə edib.

Son xəbərlər

Orphus sistemi