Yuxarı

Peskov: Suriyadaki qruplaşmalar arasında fərq qoymaq - primitiv yanaşmadır

Rusiya prezidentinin mətbuat katibi Dmitriy Peskov Suriyadaki vəziyyəti dəyərləndirib

Bakı. 24 oktyabr. REPORT.AZ/ "Dəməşqin itirmə təhlükəsi davam etdiyi müddətcə, Suriyada siyasi dialoqdan danışmaq mümkün olmayacaq". "Report"un "BBC"-yə istinadən verdiyi məlumata görə, bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitriy Peskov bildirib.

Onun sözlərinə görə, Bəşər Əsəd rejiminə qarşı silahli mübarizəyə qoşulan qruplaşmalar arasında fərq qoymaq istəyi - primitiv yanaşmadır.

"Suriyada ancaq İŞİD-i təhlükə mənbəyi kimi görmək və təqdim etmək - səhv düşüncədir. Çünkü bir sıra digər təhlükəli təşkilatlar var ki, onlar Suriyada sabitliyin bərqərar olmasını istəmir. Bu sepapatçı qurumlara qarşı effektiv mübarizə yolu isə qanuni hakimiyyətlə əməkdaşlıqdan keçir", deyə Peskov əlavə edib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi