Bakı. 19 noyabr. REPORT.AZ/ ABŞ Müdafiə Naziri Eşton Karter Pentaqonun tərkibində yeni strukturun formalaşacağını bəyan edib.
"Report"un RİA "Novosti" agentliyinə istinadən verdiyi xəbərə görə, Corc Vaşinqton Universitetində çıxış edən Karter bildirib ki, Rəqəmsal Müdafiə Xidməti adı altında fəaliyyət göstərəcək yeni struktur "ən müasir hərbi texnika və silahların hazırlanması prosesinə cəlb olunacaq".
"Biz, innovasiya sahəsində ən yaxşı mütəxəssislərlə əməkdaşlıq edəcəyik . Beləliklə, ən çətin problemlərin həllinə nail olacağıq", - deyən Karter, "Google" kimi dünyanın bir sıra aparıcı şirkətlərinin işçilərinə müraciət edəcəklərini istisna etməyib.