Pentaqon tərkibində Rəqəmsal Müdafiə Xidməti yaradılır

Pentaqon tərkibində Rəqəmsal Müdafiə Xidməti yaradılır Bakı. 19 noyabr. REPORT.AZ/ ABŞ Müdafiə Naziri Eşton Karter Pentaqonun tərkibində yeni strukturun formalaşacağını bəyan edib."Report"un RİA "Novost...
Digər ölkələr
19 Noyabr , 2015 00:36
Pentaqon tərkibində Rəqəmsal Müdafiə Xidməti yaradılır

Bakı. 19 noyabr. REPORT.AZ/ ABŞ Müdafiə Naziri Eşton Karter Pentaqonun tərkibində yeni strukturun formalaşacağını bəyan edib.

"Report"un RİA "Novosti" agentliyinə istinadən verdiyi xəbərə görə, Corc Vaşinqton Universitetində çıxış edən Karter bildirib ki, Rəqəmsal Müdafiə Xidməti adı altında fəaliyyət göstərəcək yeni struktur "ən müasir hərbi texnika və silahların hazırlanması prosesinə cəlb olunacaq".

"Biz, innovasiya sahəsində ən yaxşı mütəxəssislərlə əməkdaşlıq edəcəyik . Beləliklə, ən çətin problemlərin həllinə nail olacağıq", - deyən Karter, "Google" kimi dünyanın bir sıra aparıcı şirkətlərinin işçilərinə müraciət edəcəklərini istisna etməyib.

Son xəbərlər

Orphus sistemi