Bakı. 2 iyul. REPORT.AZ/ ABŞ-ın rəhbərlik etdiyi antiterror koalisiyası qüvvələrinin İraqın Mosul şəhərinə endirdikləri hava zərbələri nəticəsində İŞİD terror qruplaşmasının iki hərbi rəhbəri öldürülüb. "Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, bu barədə Pentaqondan məlumat verilib.
Məlumata görə, İŞİD-in iki yüksək rütbəli zabiti koalisiya qüvvələri tərəfindən iyunun 25-də hədəfə alınıb. Avia zərbələr nəticəsində hər iki zabit məhv edilib.
Öldürülənlərdən biri Basim Məhəmməd Sultan əl-Baharidir. O, İŞİD-in hərbi "nazir"inin müavini imiş. Zərərsizləşdirilmiş digər şəxs Hatim Talib əl-Hamduni isə İŞİD-in Mosul şəhərindəki əsas komandirlərindən olub.
Bildirilir ki, əl-Bahari "Əl-Qaidə" terror təşkilatının keçmiş üzvlərindən biri, təcrübəli terrorçu olub. O, İŞİD-in 2014-cü ildə Mosula hücum zamanı terror qruplaşmasının əsas hərbçilərindən olub.