​Pedru Passuş Koelyu yenidən Portuqaliyanın baş naziri təyin olunub

​Pedru Passuş Koelyu yenidən Portuqaliyanın baş naziri təyin olunub 4 oktyabr seçkilərində onun başçılıq etdiyi koalisiya parlamentdə 104 yer qazanıb
Digər ölkələr
23 Oktyabr , 2015 02:04
​Pedru Passuş Koelyu yenidən Portuqaliyanın baş naziri təyin olunub

Bakı. 23 oktyabr. REPORT.AZ/ Oktyabrın əvvəlində Portuqaliyada keçirilən parlament seçkilərində qalib gəlmiş sağmərkəzçi koalisiyanın rəhbəri Pedru Passuş Koelyu yenidən ölkə hökumətinə rəhbər təyin olunub.

"Report" RİA "Novosti"yə istinadən xəbər verir ki, onu bu vəzifəyə ölkə prezidenti Anibal Kavaku Silva təsdiq edib.

"Mən Pedru Passuş Koelyunu qalib gəlmiş koalisiyanın rəhbəri kimi baş nazir təyin etdim", - deyə Silva bildirib.

Bununla yanaşı Koelyunun az da olsa təsdiq edilməməsi ehtimalı var. Bunun üçün onun hökumətinin proqramını parlament səs çoxluğu ilə rədd etməlidir.

Son xəbərlər

Orphus sistemi