Yuxarı

​Pedru Passuş Koelyu yenidən Portuqaliyanın baş naziri təyin olunub

4 oktyabr seçkilərində onun başçılıq etdiyi koalisiya parlamentdə 104 yer qazanıb

Bakı. 23 oktyabr. REPORT.AZ/ Oktyabrın əvvəlində Portuqaliyada keçirilən parlament seçkilərində qalib gəlmiş sağmərkəzçi koalisiyanın rəhbəri Pedru Passuş Koelyu yenidən ölkə hökumətinə rəhbər təyin olunub.

"Report" RİA "Novosti"yə istinadən xəbər verir ki, onu bu vəzifəyə ölkə prezidenti Anibal Kavaku Silva təsdiq edib.

"Mən Pedru Passuş Koelyunu qalib gəlmiş koalisiyanın rəhbəri kimi baş nazir təyin etdim", - deyə Silva bildirib.

Bununla yanaşı Koelyunun az da olsa təsdiq edilməməsi ehtimalı var. Bunun üçün onun hökumətinin proqramını parlament səs çoxluğu ilə rədd etməlidir.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi