Parisin mərkəzindəki "Ritz" hotelində yanğın olub

Parisin mərkəzindəki "Ritz" hotelində yanğın olub Hadisə yerinə xeyli sayda Yanğın və Xilasetmə Xidmətinin qüvvəsi cəlb olunub
Digər ölkələr
19 Yanvar , 2016 12:03
Parisin mərkəzindəki Ritz hotelində yanğın olub

Bakı. 19 yanvar. REPORT.AZ/ Parisin mərkəzindəki "Ritz" hotelinin binasında yanğın baş verib.

"Report" TASS-a istinadən xəbər verir ki, yanğın səhər saatlarında, mehmanxananın hazırda əsaslı təmirə bağlanan sonuncu mərtəbəsində başlayıb.

Artıq Hadisə yerinə xeyli sayda Yanğın və Xilasetmə Xidmətinin qüvvəsi cəlb olunub. Yanğının qurbanları və ya xəsarət almışlar barədə hələlik Paris polisində heç bir məlumat yoxdur.

Qeyd edək ki, Vendom meydanında yerləşən "Ritz" hoteli 1898-ci ildə açılıb və dünyanın ən dəbdəbəli mehmanxanalarından biri hesab olunur. Hotel tanınmış misirli iş adamı Məhəmməd Əl-Fayedə məxsusdur. 

Son xəbərlər

Orphus sistemi