Olland: “Normandiya dördlüyü” liderləri yenidən toplana bilər

Olland: “Normandiya dördlüyü” liderləri yenidən toplana bilər "Belə bir görüş lazım gəlsə önümüzdəki həftə də keçirilə bilər"
Digər ölkələr
13 Fevral , 2015 02:35
Olland: “Normandiya dördlüyü” liderləri yenidən toplana bilər

Bakı. 13 fevral. REPORT.AZ/ “Normandiya dördlüyü” – Ukrayna, Rusiya, Fransa və Almaniya rəhbərləri gələn həftə bir daha toplana bilər.

"Report" TASS agentliyinə istinadla xəbər verir ki, bu ehtimalı Fransa prezindenti Fransua Olland Avropa Birliyi liderlərinin görüşündən sonra səsləndirib.

Onun sözlərinə görə, Belarusun paytaxtı Minsk şəhərində Donbass probleminin həlli üzrə aparılan danışıqlar real nəticə versə və bu bazar ateşkəs rejimi qüvvəyə minsə “Normandiya dördlüyü”nün yeni görüşü məsələsi gündəmə gələ bilər.

"Belə bir görüş lazım gəlsə önümüzdəki həftə də keçirilə bilər", - deyən Fransa lideri, döyüşlərin davam edəcəyi halda Avropa ölkələrinin Rusiyaya qarşı yeni sanksiyalar paketini tətbiq etməyə məcbur olacağını da vurğulayıb.

Son xəbərlər

Orphus sistemi