Obama: "ABŞ baş verən terror aktlarına baxmayaraq Suriyadakı mübarizəsindən geri durmayacaq"

Obama: "ABŞ baş verən terror aktlarına baxmayaraq Suriyadakı mübarizəsindən geri durmayacaq" "ABŞ İŞİD-lə silahlı mübarizədən imtina etməyəcək"
Digər ölkələr
16 İyul , 2016 00:41
Obama: ABŞ baş verən terror aktlarına baxmayaraq Suriyadakı mübarizəsindən geri durmayacaq

Bakı. 16 iyul. REPORT.AZ/ ABŞ bütün dünyada baş verən terror aktlarına baxmayaraq, Suriyadakı münaqişənin həlli yolundakı diplomatiyasından geri durmayacaq. “Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, bunu ABŞ prezidenti Barak Obama bəyan edib.

“Yalnız öldürməyi və dağıtmağı bacaran terrorçulardan fərqli olaraq biz diplomatiya sayəsində qələbə qazanacağıq. Bütün dünyadakı tərəfdaşlarımızla, o cümlədən müsəlman birliyi ilə əməkdaşlıq şəraitində Suriyada vətəndaş müharibəsinə son qoyulacaq", — Obama diplomatik missiya rəhbərləri ilə görüşündə bildirib.

O, həmçinin qeyd edib ki, ABŞ İŞİD-lə silahlı mübarizədən imtina etməyəcək və həmin təşkilatın liderlərini məhv etməyə davam edəcək.

Son xəbərlər

Orphus sistemi