Yuxarı

Obama: "ABŞ baş verən terror aktlarına baxmayaraq Suriyadakı mübarizəsindən geri durmayacaq"

ABŞ İŞİD-lə silahlı mübarizədən imtina etməyəcək

Bakı. 16 iyul. REPORT.AZ/ ABŞ bütün dünyada baş verən terror aktlarına baxmayaraq, Suriyadakı münaqişənin həlli yolundakı diplomatiyasından geri durmayacaq. “Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, bunu ABŞ prezidenti Barak Obama bəyan edib.

“Yalnız öldürməyi və dağıtmağı bacaran terrorçulardan fərqli olaraq biz diplomatiya sayəsində qələbə qazanacağıq. Bütün dünyadakı tərəfdaşlarımızla, o cümlədən müsəlman birliyi ilə əməkdaşlıq şəraitində Suriyada vətəndaş müharibəsinə son qoyulacaq", — Obama diplomatik missiya rəhbərləri ilə görüşündə bildirib.

O, həmçinin qeyd edib ki, ABŞ İŞİD-lə silahlı mübarizədən imtina etməyəcək və həmin təşkilatın liderlərini məhv etməyə davam edəcək.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi