​Nursultan Nazarbayev prezident seçkilərində səs verib - FOTO

​Nursultan Nazarbayev prezident seçkilərində səs verib - FOTO Səsvermə Məktəblilər sarayında baş tutub
Digər ölkələr
26 Aprel , 2015 10:30
​Nursultan Nazarbayev prezident seçkilərində səs verib - FOTO

Astana. 26 aprel. REPORT.AZ/ Qazaxıstanın hazırki dövlət başçısı Nursultan Nazarbayev ölkədə keçirilən növbədənkənar prezident seçkilərində səs verib.

"Report"un Astanaya ezam olunmuş müxbirinin verdiyi məlumata görə, səsvermə Astananın Məktəblilər sarayında baş tutub.

Sarayda N.Nazarbayevdən savayı prezidentin qızı Dinara Nazarbayeva, həmçinin yüksək vəzifəli dövlət rəsmiləri də səs veriblər.

N.Nazarbayev səsvermədən sonra mətbuata açıqlamasında bildirib ki, bu seçkilər Qazaxıstanın gələcəyi üçün böyük əhəmiyyət daşıyır. O, həmçinin əlavə edib ki, yenidən prezident seçiləcəyi təqdirdə ölkədə əvvəl elan olunan konstitusiya islahatlarını davam etdirəcək.

Qeyd edək ki, səsvermə yerli vaxtla axşam saat 20:00-dək davam edəcək.

Seçkilərdə N.Nazarbayevlə yanaşı Turqun Sızdıkov (Kommunist Xalq Partiyası) və müstəqil namizəd Abelqazi Kusainov mübarizə aparır.

Son xəbərlər

Orphus sistemi