​Norveçin kruiz gəmisi Bermud adalarında saya oturub

​Norveçin kruiz gəmisi Bermud adalarında saya oturub Gəminin göyərtəsində 3 mindən çox insan var
Digər ölkələr
20 May , 2015 04:52
​Norveçin kruiz gəmisi Bermud adalarında saya oturub

Bakı. 20 may. REPORT.AZ/ Göyərtəsində 3 min 737 nəfərin olduğu kruiz gəmisi Bermud adalarında saya oturub.

"Report" xəbər verir ki, gəmi Boston istiqamətində hərəkətdə olub.

Məlumata görə, gəminin sərnişin və heyət üzvləri təhlükəsizlikdədirlər. Gəminin göyərtəsində olanlardan 2 min 675 nəfəri sərnişin, 1062 nəfəri isə heyət üzvləridirlər.

"Norwegian Dawn" gəmisi "Norwegian Cruise Lines" şirkətinə məxsusdur.

ABŞ Sərhəd Mühafizə Xidməti hadisənin təfərrüatlarını öyrənir.

Son xəbərlər

Orphus sistemi