Bakı. 20 may. REPORT.AZ/ Göyərtəsində 3 min 737 nəfərin olduğu kruiz gəmisi Bermud adalarında saya oturub.
"Report" xəbər verir ki, gəmi Boston istiqamətində hərəkətdə olub.
Məlumata görə, gəminin sərnişin və heyət üzvləri təhlükəsizlikdədirlər. Gəminin göyərtəsində olanlardan 2 min 675 nəfəri sərnişin, 1062 nəfəri isə heyət üzvləridirlər.
"Norwegian Dawn" gəmisi "Norwegian Cruise Lines" şirkətinə məxsusdur.
ABŞ Sərhəd Mühafizə Xidməti hadisənin təfərrüatlarını öyrənir.