“Normand dördlüyü” Ukraynadaki vəziyyəti müzakirə edib

“Normand dördlüyü” Ukraynadaki vəziyyəti müzakirə edib Kalibri 100 mm qədər olan silahların, minaatanların və tankların cəbhə xəttindən çəkilməsinə dair təşəbbüs dəstəklənib
Digər ölkələr
24 İyul , 2015 05:25
“Normand dördlüyü” Ukraynadaki vəziyyəti müzakirə edib

Bakı. 24 iyul. REPORT.AZ/ Vladimir Putin, Pyotr Poroşenko, Anqela Merkel və Fransua Olland telefon danışıqları vasitəsilə Ukraynanın cənub-şərqindəki vəziyyəti müzakirə ediblər.

"Report"un İnterfaks agentliyinə istinadən verdiyi məlumata görə, iyulun 21-də Minskdə keçirilən Ukrayna üzrə Üçtərəfli təmas qrupunun fəaliyyətini müzakirə edən “Normand dördlüyü”nün liderləri, kalibri 100 mm qədər olan silahların, minaatanların və tankların cəbhə xəttindən çəkilməsinə dair təşəbbüsü dəstəkləyiblər.

Ukrayna prezidenti qeyd edib ki, son günlərdə separatçılar atəşkəs rejimini pozur və bu səbəbdən bölgədə vəziyyət gərginləşib.

Rusiya dövlət başçısı isə qeyd edib ki, rəsmi Kiyev Donetsk regionunun liderləri ilə birbaşa danışıqlar aparmalıdır.

Son xəbərlər

Orphus sistemi