Yuxarı
    Bağlamaq

    “Normand dördlüyü” Ukraynadaki vəziyyəti müzakirə edib

    Kalibri 100 mm qədər olan silahların, minaatanların və tankların cəbhə xəttindən çəkilməsinə dair təşəbbüs dəstəklənib

    Bakı. 24 iyul. REPORT.AZ/ Vladimir Putin, Pyotr Poroşenko, Anqela Merkel və Fransua Olland telefon danışıqları vasitəsilə Ukraynanın cənub-şərqindəki vəziyyəti müzakirə ediblər.

    "Report"un İnterfaks agentliyinə istinadən verdiyi məlumata görə, iyulun 21-də Minskdə keçirilən Ukrayna üzrə Üçtərəfli təmas qrupunun fəaliyyətini müzakirə edən “Normand dördlüyü”nün liderləri, kalibri 100 mm qədər olan silahların, minaatanların və tankların cəbhə xəttindən çəkilməsinə dair təşəbbüsü dəstəkləyiblər.

    Ukrayna prezidenti qeyd edib ki, son günlərdə separatçılar atəşkəs rejimini pozur və bu səbəbdən bölgədə vəziyyət gərginləşib.

    Rusiya dövlət başçısı isə qeyd edib ki, rəsmi Kiyev Donetsk regionunun liderləri ilə birbaşa danışıqlar aparmalıdır.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi