Nigeriyada üç terror aktı nəticəsində ən azı 33 nəfər ölüb

Nigeriyada üç terror aktı nəticəsində ən azı 33 nəfər ölüb Terror aktına görə hələlik heç kim məsuliyyəti öz üzərinə götürməyib
Digər ölkələr
7 Mart , 2015 17:47
Nigeriyada üç terror aktı nəticəsində ən azı 33 nəfər ölüb

Bakı. 7 mart. REPORT.AZ/ Nigeriyanın şimal-şərqindəki Mayduquri şəhərində törədilən üç terror aktı nəticəsində ən azı 33 nəfər həlak olub. Bu barədə "Report" "Reuters" agentliyinə istinadən xəbər verir. 

Partlayışlardan biri bu gün şəhər bazarında baş verib, daha sonra yaxınlıqda daha iki partlayışın olması barədə məlumat daxil olub. Bir müddət əvvəl 10 nəfərin öldüyü bildirilib. 

"Üç partlayış ən azı 33 nəfərin həyatına son qoyub", - agentliyin şahidlərə istinadən verdiyi məlumatda deyilir.

Terror aktına görə hələlik heç kim məsuliyyəti öz üzərinə götürməyib.

Son xəbərlər

Orphus sistemi