​Nigeriyada əhalinin sıx olduğu bazarda bomba partladılıb

​Nigeriyada əhalinin sıx olduğu bazarda bomba partladılıb Zərərçəkənlər barədə məlumat yoxdur
Digər ölkələr
22 İyun , 2015 23:19
​Nigeriyada əhalinin sıx olduğu bazarda bomba partladılıb

Bakı. 22 İyun. REPORT.AZ/ Nigeriyanın şimal-şərqində yerləşən Mayduruqi şəhərindəki balıq bazarında qadın kamikadze tərəfindən törədildiyi ehtimal edilən partlayış baş verib.

"Report" xəbər verir ki, yerli jurnalistin sözlərinə görə, həmin vaxt bazar insanlarla dolu olub, lakin zərərçəkənlər barədə məlumat verilmir.

Hələ ki, heç bir qruplaşma hücuma görə məsuliyyəti öz üzərinə götürməyib. Lakin bu kimi partlayışlar tez-tez "Boko-Haram" terror qruplaşması tərəfindən törədilir.

Son xəbərlər

Orphus sistemi