Bakı. 22 İyun. REPORT.AZ/ Nigeriyanın şimal-şərqində yerləşən Mayduruqi şəhərindəki balıq bazarında qadın kamikadze tərəfindən törədildiyi ehtimal edilən partlayış baş verib.
"Report" xəbər verir ki, yerli jurnalistin sözlərinə görə, həmin vaxt bazar insanlarla dolu olub, lakin zərərçəkənlər barədə məlumat verilmir.
Hələ ki, heç bir qruplaşma hücuma görə məsuliyyəti öz üzərinə götürməyib. Lakin bu kimi partlayışlar tez-tez "Boko-Haram" terror qruplaşması tərəfindən törədilir.