​Nigeriyada iki qadın özünü partladıb, 12 nəfər ölüb

​Nigeriyada iki qadın özünü partladıb, 12 nəfər ölüb Terror nəticəsində 30-dan çox insan yaralanıb
Digər ölkələr
28 Yanvar , 2016 03:53
​Nigeriyada iki qadın özünü partladıb, 12 nəfər ölüb

Bakı. 28 yanvar. REPORT.AZ/ Ötən gün Nigeriyanın Çibok şəhərində iki kamikadze qadın yerli bazarda özünü partladıb. Nəticədə ən azı 12 nəfər həyatını itirib, 30-dan çox insan yaralanıb.

"Report" "Reuters"ə istinadən xəbər verir ki, polis üzərində partlayıcı maddənin olduğu ehtimal edilən daha iki qadını axtarır.

Məlumata görə, həmin qadınlar özlərini partladanlar ilə bir yerdə olublar.

Hücuma görə məsuliyyəti hələ ki, heç kim öz üzərinə götürməyib.

Son xəbərlər

Orphus sistemi