Yuxarı

​Nigeriyada iki qadın özünü partladıb, 12 nəfər ölüb

Terror nəticəsində 30-dan çox insan yaralanıb

Bakı. 28 yanvar. REPORT.AZ/ Ötən gün Nigeriyanın Çibok şəhərində iki kamikadze qadın yerli bazarda özünü partladıb. Nəticədə ən azı 12 nəfər həyatını itirib, 30-dan çox insan yaralanıb.

"Report" "Reuters"ə istinadən xəbər verir ki, polis üzərində partlayıcı maddənin olduğu ehtimal edilən daha iki qadını axtarır.

Məlumata görə, həmin qadınlar özlərini partladanlar ilə bir yerdə olublar.

Hücuma görə məsuliyyəti hələ ki, heç kim öz üzərinə götürməyib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi