Nigerdə "Boko Haram"ın hücumu nəticəsində 30-dan çox hərbçi ölüb

Nigerdə "Boko Haram"ın hücumu nəticəsində 30-dan çox hərbçi ölüb Terror qruplaşmasının yüzlərlə silahlısının hücum etdiyi qarnizon ölkənin cənub-şərqində yerləşir
Digər ölkələr
4 İyun , 2016 17:50
Nigerdə Boko Haramın hücumu nəticəsində 30-dan çox hərbçi ölüb

Bakı. 4 iyun. REPORT.AZ/ Nigerdə "Boko Haram" terror qruplaşmasının Nigeriya ilə sərhəddə yerləşən hərbi qarnizona hücumu nəticəsində azı 32 nəfər ölüb.

"Report" TASS-a istinadən xəbər verir ki, terror qruplaşmasının yüzlərlə silahlısının hücum etdiyi qarnizon ölkənin cənub-şərqində yerləşir.

Hücum nəticəsində Nigerin 30, Nigeriyanın 2 hərbçisi ölüb. Həmçinin 67 nəfərin yaralandığı bildirilir.

Hücumda iştirak edən silahlıların dəqiq sayı məlum deyil. Zərərsizləşdirilən terrorçuların sayı barədə də məlumat verilməyib.

Son xəbərlər

Orphus sistemi