Bakı. 4 iyun. REPORT.AZ/ Nigerdə "Boko Haram" terror qruplaşmasının Nigeriya ilə sərhəddə yerləşən hərbi qarnizona hücumu nəticəsində azı 32 nəfər ölüb.
"Report" TASS-a istinadən xəbər verir ki, terror qruplaşmasının yüzlərlə silahlısının hücum etdiyi qarnizon ölkənin cənub-şərqində yerləşir.
Hücum nəticəsində Nigerin 30, Nigeriyanın 2 hərbçisi ölüb. Həmçinin 67 nəfərin yaralandığı bildirilir.
Hücumda iştirak edən silahlıların dəqiq sayı məlum deyil. Zərərsizləşdirilən terrorçuların sayı barədə də məlumat verilməyib.