NATO-ya üzv dövlətlərin müdafiə nazirləri bu gün Brüsseldə toplanacaq

NATO-ya üzv dövlətlərin müdafiə nazirləri bu gün Brüsseldə toplanacaq İclasda Türkiyə sərhədlərində monitorinqin aparılması məsələsinin müazkirə ediləcəyi gözlənilr
Digər ölkələr
10 Fevral , 2016 11:47
NATO-ya üzv dövlətlərin müdafiə nazirləri bu gün Brüsseldə toplanacaq

Bakı. 10 fevral. REPORT.AZ/ Bu gün Brüsseldə NATO-ya üzv dövlətlərin müdafiə nazirlərinin toplantısı keçiriləcək.

"Report" xəbər verir ki, bu haqda Gürcüstan KİV-i məlumat yayıb.

Məlumata görə, toplantıda Türkiyə sərhədlərində monitorinqin aparılması, Suriya və İraqdan qaçqın axını, üzv ölkələrin təhlükəsizliyi kimi məsələlərin müzakirə ediləcəyi gözlənilir.

Gürcüstanın müdafiə naziri Tinatin Xidaşeli NATO-ya üzv olan ölkələrin müdafiə nazirlərinin iclasında iştirak edəcək. 

Qeyd edək ki, Gürcüstan təşkilatın üzvü deyil. 

Son xəbərlər

Orphus sistemi