Napoleonun nəslinin nümayəndəsi Fransanı xilas etməyə çağırıb

Napoleonun nəslinin nümayəndəsi Fransanı xilas etməyə çağırıb Napoleon Bonapartın nəslinin nümayəndəsi Yoahim Myurat Parisi Avropa Komissiyasının (AK) diktələrindən xilas etməyi və Fransanın Avropada suverenliyini təmin etməyi tələb edib.
Digər ölkələr
19 Aprel , 2024 23:55
Napoleonun nəslinin nümayəndəsi Fransanı xilas etməyə çağırıb

Napoleon Bonapartın nəslinin nümayəndəsi Yoahim Myurat Parisi Avropa Komissiyasının (AK) diktələrindən xilas etməyi və Fransanın Avropada suverenliyini təmin etməyi tələb edib.

“Report” xəbər verir ki, bu barədə Yoahim Myurat “X” səhifəsində yazıb.

Onun sözlərinə görə, Avropa Komissiyasının despotizmi Fransanın sağ qalması ilə bir araya sığmır:

“Avropa quruculuğu naminə daimi qurban vermək Fransanı məhv edir, onu legitimliyi olmayan texnokratların əlinə verir”.

Onun fikrincə, Fransa Rusiya ilə münaqişəyə cəlb oluna bilər ki, bu da nüvə silahının mövcudluğu kontekstində çox böyük nəticələr verə bilər.

O, həmçinin Fransanın xarici borcunun artmasına və Avropa daxilində azad ticarət müqavilələrinin imzalanmasına qarşı çıxıb.

Son xəbərlər

Orphus sistemi