Türkiyə İsraillə ixrac-idxal əməliyyatlarını dayandırıb - YENİLƏNİB

Türkiyə İsraillə ixrac-idxal əməliyyatlarını dayandırıb - YENİLƏNİB Türkiyə İsraillə ticarət əlaqələrini dayandırıb.
Digər ölkələr
3 May , 2024 00:35
Türkiyə İsraillə ixrac-idxal əməliyyatlarını dayandırıb - YENİLƏNİB

Türkiyə İsraillə ixrac-idxal əməliyyatlarını tamamilə dayandırıb.

“Report” xəbər verir ki, bu barədə Türkiyənin Ticarət Nazirliyi məlumat yayıb.

“Dövlət səviyyəsində görülən tədbirlərin ikinci mərhələsinin həyata keçirilməsinə başlanılıb, bütün mal qrupları üzrə İsraillə ixrac-idxal əməliyyatları dayandırılıb”, - nazirliyin açıqlamasında bildirilib.

Qeyd olunub ki, mövcud qadağa İsrail hökumətinin Qəzzaya fasiləsiz humanitar yardım çatdırılmasına icazə verənə qədər qüvvədə olacaq.

2024-05-02 21:34

Türkiyə İsraillə ticarət əlaqələrini dayandırıb.

“Report” xəbər verir ki, bu barədə “Bloomberg” agentliyi Türkiyə rəsmilərinə istinadən məlumat yayıb.

Mənbələr Türkiyənin İsrail ilə bütün ixrac-idxal əməliyyatlarını dayandırdığını bildirib.

Hələlik Türkiyə hökuməti məsələ ilə bağlı rəsmi açıqlama verməyib.

Son xəbərlər

Orphus sistemi