Çexiyada şaxta 138 min ton meyvənin 100 min tondan çoxunu məhv edib

Çexiyada şaxta 138 min ton meyvənin 100 min tondan çoxunu məhv edib Çexiyada aprelin sonunda yaranan şaxtalar ölkədə gözlənilən 138 min ton meyvə məhsulunun 100 min tondan çoxunu məhv edib.
Digər ölkələr
2 May , 2024 23:52
Çexiyada şaxta 138 min ton meyvənin 100 min tondan çoxunu məhv edib

Çexiyada aprelin sonunda yaranan şaxtalar ölkədə gözlənilən 138 min ton meyvə məhsulunun 100 min tondan çoxunu məhv edib.

“Report” xəbər verir ki, bu barədə “CTK” agentliyi məlumat yayıb.

Çexiyanın Kənd Təsərrüfatı Nazirliyinin proqnozlarına görə, ölkədə rekord dərəcədə aşağı meyvə məhsulu olacaq - təxminən 30,300 ton. Son 34 ildə Çexiyada ən aşağı meyvə məhsulu 2011-ci ildə toplanıb - 101 249 ton.

Fermerlərin dövlətdən ümumilikdə 100 milyon kron (təxminən 4,7 milyon dollar) məbləğində maliyyə kompensasiyası alacağı proqnozlaşdırılır. Bundan əlavə, onlar Avropa İttifaqının ixtisaslaşmış fondları tərəfindən dəstəklənməlidir.

Son xəbərlər

Orphus sistemi