Müəllimlərini saatıyla qorxuya salan müsəlman şagird Ağ Evə dəvət edilib

Müəllimlərini saatıyla qorxuya salan müsəlman şagird Ağ Evə dəvət edilib Barak Obama Texas ştatında yaşanan hadisəyə reaksiya verib
Digər ölkələr
17 Sentyabr , 2015 08:09
Müəllimlərini saatıyla qorxuya salan müsəlman şagird Ağ Evə dəvət edilib

Bakı. 17 sentyabr. REPORT.AZ/ ABŞ prezidenti Barak Obama Texas ştatında evdə hazırladığı saatı müəllimlərinə göstərmək üçün məktəbə aparan 14 yaşlı Əhməd Məhəmmədin bomba gəzdirdiyi şübhəsi ilə saxlanılmasına reaksiya verib.

"Report" BBC-yə istinadən xəbər verir ki, Obama öz twitter hesabından "Qəşəng saatdır. Onu Ağ Evə gətirmək istəyərsən? Biz sənin kimi bir çox uşağı elmə həvəsləndirməliyik. ABŞ-ı qüdrətli edən budur” sözlərini yazıb.

Qeyd edək ki, valideyinləri Əhmədin müsəlman olduğu üçün bu hadisənin baş verdiyini iddia etmişdi.

Sentyabrın 14-də baş verən hadisə sosial şəbəkələrdə ciddi etiraza səbəb olmuşdu.

Son xəbərlər

Orphus sistemi