​Misirdə istidən ölənlərin sayı 40-a çatıb

​Misirdə istidən ölənlərin sayı 40-a çatıb İstivurma və günvurma diaqnozu ilə Misir xəstəxanalarına ümumilikdə 92 nəfər göndərilib
Digər ölkələr
11 Avqust , 2015 16:41
​Misirdə istidən ölənlərin sayı 40-a çatıb

Bakı. 11 avqust. REPORT.AZ/ Misirdə istidən ölənlərin sayı 40-a çatıb. "Report" xəbər verir ki, bu haqda "əl-Əhram" qəzeti məlumat yayıb.

Belə ki, ölkə paytaxtı Qahirədə son sutkada 11 nəfər əlverişsiz hava şəraitinin qurbanı olub.

İstivurma və günvurma diaqnozu ilə Misir xəstəxanalarına ümumilikdə 92 nəfər göndərilib.

Yerli meteoroloqların məlumatına görə, ölkənin bir sıra rayonlarında temperatur normadan 4-5 dərəcə yuxarı olacaq və nəticədə rütubətlilik artacaq. Belə hava şəraiti avqustun ortalarınadək davam edəcək.

Qeyd edək ki, bir müddət öncə ölkədə istidən 20 nəfərdən çox ölənin olduğu bildirilmişdi. 

Son xəbərlər

Orphus sistemi