Misir DİN: "Müsəlman qardaşları"nın rəhbərlərindən biri öldürülüb"

Misir DİN: "Müsəlman qardaşları"nın rəhbərlərindən biri öldürülüb" Məhəmməd Kamal təşkilatın silahlı qanadının rəhbəri imiş
Digər ölkələr
4 Oktyabr , 2016 04:35
Misir DİN: Müsəlman qardaşlarının rəhbərlərindən biri öldürülüb

Bakı. 4 oktyabr. REPORT.AZ/ Misirin Daxili İşlər Nazirliyi "Müsəlman qardaşları" qruplaşmasının rəhbərlərindən biri olmuş Məhəmməd Kamalın öldürüldüyünü açıqlayıb.

"Report"un məlumatına görə, bu barədə "Reuters" xəbər yayıb.

Məlumata görə, Kamal təşkilatın silahlı qanadına rəhbərlik edib. O, bundan əvvəl qiyabi olaraq azadlıqdan ömürlük məhrum edilmişdi.  

Bundan əlavə, xəbərdə təşkilatın daha bir üzvünün də məhv edildiyi bildirilir.

Qeyd edək ki, "Müsəlman qardaşları" Misirdə terror təşkilatı kimi tanınır.

Son xəbərlər

Orphus sistemi