Məhəmməd Mursi edam cəzasına məhkum edilib

Məhəmməd Mursi edam cəzasına məhkum edilib Məhkəmə "Müsəlman Qardaşlar" təşkilatının 17 rəhbər şəxsi də daxil olmaqla ümumilikdə 106 nəfər barəsində ölüm hökmü verib
Digər ölkələr
16 May , 2015 14:44
Məhəmməd Mursi edam cəzasına məhkum edilib

Bakı. 16 may. REPORT.AZ/ Qahirə məhkəməsi Misirdə hərbi çevriliş yolu ilə vəzifəsindən uzaqlaşdırılan və daha sonra həbsə salınan keçmiş prezidenti Məhəmməd Mursini edam cəzasına məhkum edib. 

"Report"un Türkiyə KİV-inə istinadən verdiyiə məlumata görə, məhkəmə "Müsəlman Qardaşlar" təşkilatının 17 rəhbər şəxsi də daxil olmaqla ümumilikdə 106 nəfər barəsində ölüm hökmü verib. Onların arasında "Müsəlman Qardaşlar" təşkilatının lideri Məhəmməd Bədii də var. Eyni zamanda, hazırda Qətərdə qərargahlanan Ümumdünya Müsəlman Alimləri Birliyinin sədri Yusif əl-Qərdavi də ölüm cəzasına məhkum edilib. 

Məhkəmə həmçinin "Müsəlman Qardaşlar" təşkilatının İsraildə həbsdə olan Həsən Selame adlı üzvünə də edam cəzası verib. Bundan əlavə, edam cəzası verilənlər arasında həyatını itirən şəxslər də var. Məhkəmə müttəhimlərin dosyelərini baxılması üçün baş müftiyə göndərib. Baş müftinin qərarından sonra məhkəmə yekun qərarını açıqlayacaq.

Mursinin vəkilləri məhkəmənin qərarını siyasi qərar kimi qiymətləndirib.

Qeyd edək ki, M.Mursi barəsində iki iş üzrə edam qərarı verilib. O, Fələstinin HƏMAS, Livanın "Hizbullah təşkilatına və İran İslam İnqilabı Keşikçilər Korpusuna (SEPAH) casusluq etmək və 2013-cü il yanvarın 25-də baş vermiş inqilab zamanı həbsxanalara basqın düzənləyərək bəzi məhkumları qaçırmaqda ittiham olunub. 

Xatırladaq ki, Qahirə məhkəməsi bundan əvvəl Məhəmməd Mursini 2012-ci ilin dekabrında prezident sarayı qarşısında baş verən hadisələrə görə də 20 il həbs cəzasına məhkum edib. Ona məhkəməni təhqir etmək və Qətərə casusluq ittihamları ilə iki cinayət işi də açılıb. 

Son xəbərlər

Orphus sistemi