​Makedoniya yunan banklarında olan bütün vəsaitlərini geri götürür

​Makedoniya yunan banklarında olan bütün vəsaitlərini geri götürür "Bu cür vəziyyət maliyyə sistemində ciddi qeyri-stabillik yarada bilər"
Digər ölkələr
29 İyun , 2015 05:11
​Makedoniya yunan banklarında olan bütün vəsaitlərini geri götürür

Bakı. 29 İyun. REPORT.AZ/ Makedoniya Mərkəzi Bankı Yunanıstan banklarındakı bütün vəsaitlərin çıxarılması haqqında qərar qəbul edib.

"Report" "Reuters"ə istinadən xəbər verir ki, bu barədə bankın rəsmi bəyanatında bildirilir.

"Bu müdafiə tədbirləri müvəqqəti xarakter daşıyır və Makedoniyadan bizim cənub qonşumuz istiqamətində böyük vəsait axınının qarşısını almaq məqsədi ilə edilir", — deyə bəyanatda bildirilir.

Bank nümayəndələrinin sözlərinə görə, bu cür vəziyyət maliyyə sistemində ciddi qeyri-stabillik yarada bilər.

Bundan əvvəl məlumat verilib ki, Yunanıstanda nəğd pul verilişi 60 avroya qədər azaldıla bilər.

Son xəbərlər

Orphus sistemi