Liviyada terrorçularla atışmada 14 əsgər ölüb, 30-u yaralanıb

Liviyada terrorçularla atışmada 14 əsgər ölüb, 30-u yaralanıb Əsgərlərin əksəriyyəti snayperlə başlarından və sinələrindən vurulub
Digər ölkələr
15 Oktyabr , 2016 01:29
Liviyada terrorçularla atışmada 14 əsgər ölüb, 30-u yaralanıb

Bakı. 15 oktyabr. REPORT.AZ/ Liviyada terrorçularla hərbçilər arasında baş vermiş atışmada 14 əsgər həlak olub.

"Report" xəbər verir ki, bu barədə "AFP" agentliyi məlumat yayıb.

Məlumata görə, hadisə paytaxt Tripolidən 450 kilometr şərqdə yerləşən Siirt şəhərində qeydə alınıb. Atışma yerli vaxtla saat 9-da başlayıb. 

Əməliyyat zamanı həmçinin 30-dək əsgər yaralanıb.

Siirt hospitalının rəhbəri Əbdüllətif Əbdül Əli bildirib ki, 13 əsgər döyüş zamanı, 1 hərbçi isə hospitalda dünyasını dəyişib. Onun sözlərinə görə, öldürülənlərin əksəriyyəti snayperlə başlarından və sinələrindən vurulub. 

Son xəbərlər

Orphus sistemi