Koalisiya təyyarələri Əfqanıstanda səhvən polis məntəqəsini bombalayıb

Koalisiya təyyarələri Əfqanıstanda səhvən polis məntəqəsini bombalayıb Bombalama nəticəsində 8 polis əməkdaşı həlak olub
Digər ölkələr
19 Sentyabr , 2016 14:39
Koalisiya təyyarələri Əfqanıstanda səhvən polis məntəqəsini bombalayıb

Bakı. 19 sentyabr. REPORT.AZ/ Koalisiyaya aid döyüş təyyarələrinin Əfqanıstanın Urmuzqan əyalətini bombalaması nəticəsində 8 pols əməkdaşı həlak olub. 

"Report" TASS-a istinadən xəbər verir ki, bu haqda əyalətin Polis İdarəsinin nümayəndəsi bildirib.

Təyyarələr səhvən polis məntəqəsini bombalayıb.

Onun sözlərinə görə, koalisiya qüvvələrinin təyyarələri Trinkot şəhəri yaxınlığındakı Nəzarət-Buraxılış Məntəqəsinə zərbə endirib: "Bu məntəqə terrorçu "Taliban" hərəkatı silahlılarının mövqeyinin 800 metrliyində yerləşir", - deyə polis əməkdaşı vurğulayıb.

Son xəbərlər

Orphus sistemi