​Klinton məşhurluğuna görə Trampı 8 faiz qabaqlayır

​Klinton məşhurluğuna görə Trampı 8 faiz qabaqlayır Potensial seçicilərin 43%-i demokratlara səs verməyə hazırdır
Digər ölkələr
3 Avqust , 2016 07:07
​Klinton məşhurluğuna görə Trampı 8 faiz qabaqlayır

Bakı. 3 avqust. REPORT.AZ/ Demokratlar Partiyasından ABŞ prezidentliyinə namizəd Hillari Kliton məşhurluğuna görə respublikaçı rəqibi Donald Tramp ilə arasındakı fərqi artırıb.

"Report" xəbər verir ki, "Reuters" agentliyi və "Ipsos" şirkəti tərəfindən aparılan sorğunun nəticələri bunu deməyə əsas verir.

Bugünkü sorğuya görə, potensial seçicilərin 43%-i Klintona, 35%-i Trampa, 9%-i isə başqa namizədə səs verməyə hazırdır.

Sorğu 28 iyul - 1 avqust tarixlərində aparılıb və burada səs verməyə gedəcəyini bildirən 1, 289 ABŞ vətəndaşı iştirak edib.

Belə olan halda Klinton əvvəlki sorğu (6 faiz) ilə müqayisədə Tramp ilə arasındakı fərqi 8 faizə qədər artırıb.

ABŞ-da prezident seçkiləri cari ilin 8 noyabr tarixində keçiriləcək.

Son xəbərlər

Orphus sistemi