Kiyevdə "Əl-Nüsrə Cəbhəsi" beynəlxalq terror təşkilatının liderlərindən biri həbs edilib

Kiyevdə "Əl-Nüsrə Cəbhəsi" beynəlxalq terror təşkilatının liderlərindən biri həbs edilib Prokurorluq orqanları tərəfindən ekstradisiya prosesinə başlanılıb
Digər ölkələr
13 Noyabr , 2015 15:50
Kiyevdə Əl-Nüsrə Cəbhəsi beynəlxalq terror təşkilatının liderlərindən biri həbs edilib

Bakı. 13 noyabr. REPORT.AZ/ Beynəlxalq axtarışda olan "Əl-Nüsrə Cəbhəsi" beynəlxalq terror təşkilatının liderlərindən biri Kiyevdə Ukrayna Təhlükəsizlik Xidmətinin tərəfindən həbs edilib.

"Report" UTX-nin saytına istinadən xəbər verir ki, sabiq SSRİ respublikalarından birinin vətəndaşı olan bu şəxs 2013-2014-cü illərdə Suriyadakı silahlı münaqişələrdə iştirak edib. 2015-ci ildə isə o, "Əl-Nüsrə Cəbhəsi" beynəlxalq terror təşkilatının ayrıca qoluna başçılıq edib.

Kiyevdə məhkəməsi olan terrorçu barəsində ekstradisiyalı həbs qətimkan tədbiri seçilib. Prokurorluq orqanları tərəfindən ekstradisiya prosesinə başlanılıb.

Son xəbərlər

Orphus sistemi