Bakı. 23 yanvar. REPORT.AZ/ Rusiyaya məxsus döyüş təyyarələrinin Suriyanın şərqindəki Deyruz Zor vilayətinə bağlı Bolil və Tabiye kəndlərini bombalaması nəticəsində aralarında qadın və uşaqlar da olmaqla, 50 dinc sakin həlak olub.
"Report" Türkiyə KİV-inə istinadən xəbər verir ki, bu haqda yerli mülki özünümüdafiə qüvvələri məlumat yayıb.
Məlumata görə, bombardman nəticəsində çoxlu sayda insan yaralanıb. Ölkənin Mülki Müdafiə Qoşunları çoxlu sayda yaralını dağıntılar altından çıxarıb.
Bundan başqa, Rusiya təyyarələri Hələbin şimalında İŞİD-in nəzarətində olan Rakka, Deyruz Zor, Hələbin şimal-şərqindəki Munbic ilə Babın qeyri-yaşayış yerlərini bombalayıb.