KİV: Rusiya qırıcılarının bombardmanı nəticəsində Suriyada 50 dinc sakin ölüb

KİV: Rusiya qırıcılarının bombardmanı nəticəsində Suriyada 50 dinc sakin ölüb Çoxlu sayda insan yaralanıb
Digər ölkələr
23 Yanvar , 2016 10:31
KİV: Rusiya qırıcılarının bombardmanı nəticəsində Suriyada 50 dinc sakin ölüb

Bakı. 23 yanvar. REPORT.AZ/ Rusiyaya məxsus döyüş təyyarələrinin Suriyanın şərqindəki Deyruz Zor vilayətinə bağlı Bolil və Tabiye kəndlərini bombalaması nəticəsində aralarında qadın və uşaqlar da olmaqla, 50 dinc sakin həlak olub.

"Report" Türkiyə KİV-inə istinadən xəbər verir ki, bu haqda yerli mülki özünümüdafiə qüvvələri məlumat yayıb.

Məlumata görə, bombardman nəticəsində çoxlu sayda insan yaralanıb. Ölkənin Mülki Müdafiə Qoşunları çoxlu sayda yaralını dağıntılar altından çıxarıb. 

Bundan başqa, Rusiya təyyarələri Hələbin şimalında İŞİD-in nəzarətində olan Rakka, Deyruz Zor, Hələbin şimal-şərqindəki Munbic ilə Babın qeyri-yaşayış yerlərini bombalayıb.

Son xəbərlər

Orphus sistemi