KİV Özbəkistan prezidenti İslam Kərimovun vəfat etdiyi barədə xəbər yayıb

KİV Özbəkistan prezidenti İslam Kərimovun vəfat etdiyi barədə xəbər yayıb Məlumat rəsmi hakimiyyət dairələrində öz təsdiqini tapmayıb
Digər ölkələr
29 Avqust , 2016 23:49
KİV Özbəkistan prezidenti İslam Kərimovun vəfat etdiyi barədə xəbər yayıb

Bakı. 29 avqust. REPORT.AZ/ Özbəkistan mətbuatı ölkə prezidenti İslam Kərimovun vəfat etməsi barədə məlumat yayıb.

"Report" xəbər verir ki, məlumat yerli "Ferqana.ru" agentliyinin xəbər lentində yerləşdirilib.

Agentliyin məlumatına görə, özbək lider Daşkənd vaxtı ilə 15:00-16:00-da və ya Bakı vaxtı ilə 14:00-15:00-da dünyasını dəyişib.

Qeyd edək ki, bu informasiya rəsmi hakimiyyət dairələrində öz təsdiqini tapmayıb.

İslam Kərimov avqustun 26-da təntənəli mərasim zamanı özünü pis hiss edib. İlkin məlumatlara görə, Özbəkistan rəhbəri huşunu itirib və yerə yıxılıb, daha sonra o xəstəxanaya yerləşdirilib. Sonradan prezidentin qızı atasının beyninə qan sızdığını bildirib.

Son xəbərlər

Orphus sistemi