KİV: Floridada cərəyana qoşulan Galaxy Note 7 səbəbindən "Jeep" avtomobili yanıb

KİV: Floridada cərəyana qoşulan Galaxy Note 7 səbəbindən "Jeep" avtomobili yanıb "Samsung" şirkəti insidentdən xəbərdardır və həmin işin araşdırılması üzərində işləyir
Digər ölkələr
9 Sentyabr , 2016 10:11
KİV: Floridada cərəyana qoşulan Galaxy Note 7 səbəbindən Jeep avtomobili yanıb

Bakı. 9 sentyabr. REPORT.AZ/ Yanğın xidməti və "Samsung" şirkəti ABŞ-da "Jeep" avtomobilinin içərisində qalan  Samsung Galaxy Note 7 səbəbindən yanmasının təfərrüatlarını araşdırır.  

Bu barədə "Report" ABC News telekanalına istinadən xəbər verir.

İnsident Florida ştatının Sent-Pitersberq şəhərində baş verib. Avtomobil yerli sakinlər Natan Doneçer və onun həyat yoldaşı Lidiyaya məxsus olub. Avtomobilin salonunda cərəyan qurğusuna qoşulmuş smartfon qalıb. Avtomobilin sahibi qayıdanda onun yandığını görüb. 

"Samsung" nümayəndəsi ABC News telekanalına bildirib ki, şirkət insidentdən xəbərdardır və həmin işin araşdırılması üzərində işləyir.

Son xəbərlər

Orphus sistemi