Kanadanın Misirdəki səfirliyi təhlükəsizlik baxımından əhalinin qəbulunu dayandırıb

Kanadanın Misirdəki səfirliyi təhlükəsizlik baxımından əhalinin qəbulunu dayandırıb Diplomatik nümayəndəliyə giriş növbəti xəbərdarlığa qədər məhdudlaşdırılacaq
Digər ölkələr
8 Dekabr , 2014 14:12
Kanadanın Misirdəki səfirliyi təhlükəsizlik baxımından əhalinin qəbulunu dayandırıb
Bakı. 8 dekabr. REPORT.AZ/ Kanadanın Misirdəki səfirliyi Qahirədə mülki əhalinin qəbulunu təhlükəsizlik baxımından dayandırıb. "Report" SkyNews Arabia telekanalına istinadən xəbər verir ki, diplomatik nümayəndəliyə giriş növbəti xəbərdarlığa qədər məhdudlaşdırılacaq.

Bir müddət əvvəl Qahirədə öz fəaliyyətinin qismən dayandırılması haqqında Böyük Britaniya səfirliyi bəyan edib. Diplomatik missiyadan bildiriblər ki, bu tədbirlər "İslam Dövləti" ilə əlaqədə olan qruplaşmalar tərəfindən mümkün terrordan əməkdaşların təhlükəsizliklərini təmin etmək üçün görülüb.

Son xəbərlər

Orphus sistemi