​Kanada Şərqi Avropaya qoşun göndərməyi nəzərdən keçirir

​Kanada Şərqi Avropaya qoşun göndərməyi nəzərdən keçirir Ölkənin NATO-nun əməliyyatlarında geniş iştirakı daha əvvəl müzakirə olunub
Digər ölkələr
15 İyun , 2016 08:34
​Kanada Şərqi Avropaya qoşun göndərməyi nəzərdən keçirir

Bakı. 15 iyun. REPORT.AZ/ Kanada hökuməti NATO-nun xahişi ilə Şərqi Avropaya qoşun birləşmələrinin göndərilməsi məsələsini nəzərdən keçirir.

"Report" xəbər verir ki, bu barədə CBC telekanalının məlumatında bildirilir.

Məlumata görə, Kanadanın alyansın Avropanın bu hissəsində apardığı əməliyyatlarında daha geniş şəkildə iştirak etməsi məsələsi daha əvvəl Brüsseldə NATO-ya üzv ölkələrin müdafiə idarələri rəhbərlərinin görüşündə müzakirə olunub.

Telekanal söhbətin "yüzlərlə əsgər"dən getdiyini əlavə edib. Kanada hökumətindəki mənbələrin CBC-yə bildirdiklərinə görə, bu məsələ ilə bağlı qərar "yaxın vaxtlarda" veriləcək.

Hazırda Polşada təqribən 200 Kanada hərbçisi var. Onlar burada Polşa, Amerika və Türkiyə hərbçiləri ilə birgə təlim keçirlər.

Son xəbərlər

Orphus sistemi