Yuxarı

​Kanada Şərqi Avropaya qoşun göndərməyi nəzərdən keçirir

Ölkənin NATO-nun əməliyyatlarında geniş iştirakı daha əvvəl müzakirə olunub

Bakı. 15 iyun. REPORT.AZ/ Kanada hökuməti NATO-nun xahişi ilə Şərqi Avropaya qoşun birləşmələrinin göndərilməsi məsələsini nəzərdən keçirir.

"Report" xəbər verir ki, bu barədə CBC telekanalının məlumatında bildirilir.

Məlumata görə, Kanadanın alyansın Avropanın bu hissəsində apardığı əməliyyatlarında daha geniş şəkildə iştirak etməsi məsələsi daha əvvəl Brüsseldə NATO-ya üzv ölkələrin müdafiə idarələri rəhbərlərinin görüşündə müzakirə olunub.

Telekanal söhbətin "yüzlərlə əsgər"dən getdiyini əlavə edib. Kanada hökumətindəki mənbələrin CBC-yə bildirdiklərinə görə, bu məsələ ilə bağlı qərar "yaxın vaxtlarda" veriləcək.

Hazırda Polşada təqribən 200 Kanada hərbçisi var. Onlar burada Polşa, Amerika və Türkiyə hərbçiləri ilə birgə təlim keçirlər.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi