​Çində kafedə partlayış nəticəsində 21 nəfər xəsarət alıb

​Çində kafedə partlayış nəticəsində 21 nəfər xəsarət alıb Bina ciddi zədələnib, pəncərələrinin şüşələri sınıb
Digər ölkələr
14 Dekabr , 2015 16:49
​Çində kafedə partlayış nəticəsində 21 nəfər xəsarət alıb

Bakı. 14 dekabr. REPORT.AZ/ Çinin cənubundakı Yunnan əyalətində qəhvəxanalardan birində baş verən partlayış nəticəsində azı 21 nəfər xəsarət alıb.

"Report" "Sinxua" agentliyinə istinadən xəbər verir ki, bu haqda yerli hüquq-mühafizə orqanı məlumat yayıb.

Məlumata görə, hadisə əyalətin Kunmin şəhərində baş verib. Polis bildirib ki, partlayışın baş verməsinə səbəb təbii qaz balonundan düzgün istifadə edilməməsidir.

Partlayış nəticəsində qəhvəxananın binası ciddi zədələnib, pəncərələrinin şüşələri sınıb. 

Son xəbərlər

Orphus sistemi