İtaliyada 4,9 bal gücündə yeni zəlzələ qeydə alınıb

İtaliyada 4,9 bal gücündə yeni zəlzələ qeydə alınıb Yeraltı təkanlar böyük ərazidə hiss olunub
Digər ölkələr
24 Avqust , 2016 19:31
İtaliyada 4,9 bal gücündə yeni zəlzələ qeydə alınıb

Bakı. 24 avqust. REPORT.AZ/ İtaliyanın mərkəzində 4,9 bal gücündə yeni zəlzələ baş verib.

"Report"un TASS-a istinadən verdiyi xəbərə görə, məlumatı "RAI News" telekanalı yayıb.

Məlumata görə, yeraltı təkanlar (afterşoklar) Roma da daxil olmaqla böyük ərazidə hiss olunub.

Xatırladaq ki, ilk təkan 6 bal gücündə olub. Daha sonra 5,4 bal gücündə ikinci təkan qeydə alınlb. Təkanlar böyük ərazini əhatə edib və Peruc, Riyeti, Norçe şəhərlərində hiss olunub.

Dağıntıların təmizlənməsi və təbii fəlakət qurbanı olmuş insanların axtarışları davam edir.

Son xəbərlər

Orphus sistemi