Yuxarı

İtaliyada 4,9 bal gücündə yeni zəlzələ qeydə alınıb

Yeraltı təkanlar böyük ərazidə hiss olunub

Bakı. 24 avqust. REPORT.AZ/ İtaliyanın mərkəzində 4,9 bal gücündə yeni zəlzələ baş verib.

"Report"un TASS-a istinadən verdiyi xəbərə görə, məlumatı "RAI News" telekanalı yayıb.

Məlumata görə, yeraltı təkanlar (afterşoklar) Roma da daxil olmaqla böyük ərazidə hiss olunub.

Xatırladaq ki, ilk təkan 6 bal gücündə olub. Daha sonra 5,4 bal gücündə ikinci təkan qeydə alınlb. Təkanlar böyük ərazini əhatə edib və Peruc, Riyeti, Norçe şəhərlərində hiss olunub.

Dağıntıların təmizlənməsi və təbii fəlakət qurbanı olmuş insanların axtarışları davam edir.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi