​İtaliya 2 mindən çox qaçqını xilas edib

​İtaliya 2 mindən çox qaçqını xilas edib Xilasetmə işlərinə müxtəlif dövlətlərin gəmiləri cəlb olunub
Digər ölkələr
8 İyun , 2015 07:15
​İtaliya 2 mindən çox qaçqını xilas edib

Bakı. 8 iyun. REPORT.AZ/ İtaliyanın Sahil Mühafizə Xidməti Siciliya körfəzində 2 mindən çox qaçqına yardım göstərib.

“Report” xəbər verir ki, iyunun 7-də Siciliya körfəzində aparılan 15 əməliyyat zamanı 2 min 371 qaçqın xilas edilib.

Xidmətin yaydığı məlumata görə, köməklik 12 qayıq və üç gəmidə Liviya sahillərindən təqribən 80 km aralıda qəzaya uğrayan qaçqınlara göstərilib.

Xilasetmə işlərinə müxtəlif dövlətlərin, eləcə də, Avropanın “Fronteks” missiyasının gəmiləri cəlb olunub.

Son xəbərlər

Orphus sistemi